İranda koronavirusa qarşı peyvəndin sınaqlarına başlanılıb 16 Noyabr 2020 09:44 Dünya İranda koronavirusa qarşı iki peyvəndin insanlar üzərində sınaqlarına başlanılıb. Bu barədə İran Tibb Elmləri Universitetinin rektoru bildirib. O, sınaqlar üçün xeyli sayda könüllünün toplandığını deyib. Qeyd edək ki, daha əvvəl hökumət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən səmərəsi təsdiqlənən dərmanları almağa hazır olduğunu bildirmişdi. Eyni zamanda, İran Ərzaq və Dərman Təşkilatının sözçüsü Kianuş Cahanpur beş adda yerli peyvənd dərmanının ÜST siyahısına salındığını açıqlayıb. İranda rəsmi olaraq ilk yoluxmalarının qeydə alındığı fevralın 19-dan indiyədək COVID-19 virusuna 749 525 nəfər yoluxub ki, bunlardan 41 034 nəfər ölüb. / Report / Teqlər : #İranda,#koronavirusa,#qarşı,#peyvəndin,#sınaqlarına,#başlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriya XİN rəhbəri Vəlid Müəllim vəfat edib Həbsdə olan Bəhreynli ruhaninin səhhəti pisləşib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO