İrandakı terror hücumunda ölənlərin sayı 29 nəfərə çatıb, 57 nəfər yaralanıb - FOTO/VİDEO/YENİLƏNİB 3

İrandakı terror hücumunda ölənlərin sayı 29 nəfərə çatıb, 57 nəfər yaralanıb - FOTO/VİDEO/YENİLƏNİB 3

18:00
Maide.Az İran mediasına istinadla xəbər verir ki, Xuzestan əyalət başçısının  müavini Əlihüseyn Hüseynzadə, Əhvazda törədilən terror zamanı həyatını itirənlərin sayı 29, yaralananların isə 57 nəfər olduğunu bildirib.
 
O qeyd edib ki, bəzi yaralıların vəziyyəti ağırdır və şəhid olanların sayının artacağı ehtimal olunur. 
Tasnim saytı  həyatını itrən şəxslərdən 25 nəfərin adını açıqlayıb. 
 
  ***
14:26
 
Terrorçular öz silahlarını paradın keçirildiyi ərazidə öncədən gizlədib. 
 
Maide.Az-ın məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin sözçüsü general  Əbulfəzl  Şikarçi deyib. 
 
Onun sözlərinə görə, indiyədək  bu hadisədə 15 nəfər şəhid olub, 60 nəfər yaralanıb. 
 
Ə. Şikarçi deyib ki, yaralıların bəzisinin vəziyyəti ağırdır.
 
İran mətbuatının məlumatına görə, ölkənlərin arasında paradı izləməyə gələn mülki şəxslər də var.  Həmçinin bildirilir ki, terrorçuların hücumu nəticəsində 4 yaşlı uşaq şəhid olub, anası yaralanıb. 
 
 
***
 
Maide.Az İran mediasına istinadla xəbər verir ki, Xuzestan əyalət başçısının  müavini Əlihüseyn Hüseynzadə deyib ki,  terror hücumu zamanı  ölənlərin sayı 11 nəfərə çatıb. 
 
O qeyd edib ki, yaralıların sayı indiyədək 30 nəfərdir.  Ölən və yaralananların sayının artacağı ehtimal olunur. 
 
 
***
Terror hücumu zamanı 9 hərbiçi şəhid olub,  20 nəfərdən artıq hərbiçi yaralanıb. 
 
Maide.Az "İSNA"agentliyinə istinadla xəbər verir ki, bunu  Xuzestan əyalət başçısının  müavini Əlihüseyn  Hüseynzadə deyib. 
 
Onun sözlərinə görə, hərbi parada hücum edən terrorçular 4 nəfər olub. Onlardan ikisi məhv edilib və 2-si isə həbs olunub. 
 
"tasnimnews"a agentliyi isə bildirir ki, ilkin məlumata görə, hərbi parada edilən terror hücumu nəticəsində  Sepah-ın məsul şəxslərindən biri şəhid olub.   
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru