İrandakı zəlzələdə zərər çəkənlərin sayı açıqlandı

İranda baş verən zəlzələ nəticəsində 80 nəfər xəsarət alıb. Məlumata görə, zəlzələ bölgəsində olan evlərin 50 faizi zərər çəkib.
 
Fars agentliyinin məlumatına görə, xəsarət alan 80 nəfərdən 59-u artıq evə buraxılıb. Zəlzələ nəticəsində kəndlərə su, elektrik enerjisinin verilişində problem yaranıb.
 
Qeyd edək ki, bu gün yerli vaxtla saar 07:02-də İranın qərbindəki İlam vilayətinin Mormori şəhərində 6,1 bal gücündə zəlzələ baş verib.
 
Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub.

Google+ WhatsApp ok.ru