İranda müəllimlər tətil etdilər (FOTO)

İranın müxtəlif bölgələrində müəllimlərin böyük əksəriyyəti dolanışıqlarının ağır olmasına etiraz əlaməti olaraq tətil keçiriblər.

Trend-in ILNA agentliyinə istinadən verdiyi məlumata görə, müəllimlər ötən iki gün ərzində İranın İslamşəhr, Robatkərim, Şəhrqods, Kərəc, Şəhriyar, Şiraz, Şahrud, Saqqız, Banə və Mərivan şəhərlərində tətil keçirib, dərs deməkdən imtina ediblər.

Məlumata əsasən, yüzlərlə müəllim ötən iki gün ərzində Şahrud və Mərivan şəhərlərində təhsil idarəsinin qarşısına toplaşaraq öz etirazlarını bildiriblər. Onlar dolanışıqlarının ağır, sığorta xidmətlərinin aşağı, təhsil büdcəsinin isə az olmasına etiraz ediblər. /

 

Google+ WhatsApp ok.ru