İrandan Ərbəin ziyarəti üçün İraqa 500 min nəfər səfər edib

İrandan Ərbəin ziyarəti üçün İraqa 500 min nəfər səfər edib

"Ötən gün axşama kimi İrandan Ərbəin ziyarəti üçün İraqa 500 min nəfər səfər edib". 
 
Bunu İranın Ərbəin ziyarəti üzrə Mərkəzi Qərargahın sədri Hüseyn Zülfüqari deyib. 
 
Maide.Az xəbər verir ki, cümə axşamı günün ikinci yarısına kimi İran-İraq sərhədindən 500 min nəfər zəvvar keçib. “Onlardan 37 faizi Mehran sərhəd-buraxılış məntəqəsindən, 63 faizi isə digər sərhəd-buraxılış məntəqəsindən İraq torpaqlarına daxil olub”.
 
H.Zülfüqari deyib ki, Ərbəin zəvvarlarının sayı ötən illə müqayisədə 100 faiz artıb. 
 
Məlumata görə, İran–İraq sərhədi vasitəsi ilə 100 mindən çox əcnəbi zəvvar keçib.(iribnews)

Google+ WhatsApp ok.ru