İrandan ABŞ-a cavab gecikmədi: ‘ABŞ ordusunu İŞİD-in yanına əlavə edərik!’

İrandan ABŞ-a cavab gecikmədi: ‘ABŞ ordusunu İŞİD-in yanına əlavə edərik!’

ABŞ-ın İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror siyahısına alacağı iddialarına İrandan cavab gecikməyib. 

İran parlamentinin milli təhlükəsizlik komissiyası və xarici siyasət komitəsinin sədri Heşmətullah Fəlahət Pişe bildirib ki, ABŞ İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror siyahısına salarsa, onlar da o ölkənin ordusunu İŞİD terror təşkilatının yanında terror təşkilatları siyahısına əlavə edəcəklər.

 Qeyd edək ki, ABŞ-ın məşhur "Wall Street Journal" (WSJ) nəşri Donald Tramp hökumətinin İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) xarici terror təşkilatı kimi tanıyacağını bildirib./eastnews.org/

Google+ WhatsApp ok.ru