İrandan ABŞ-a etiraz

İrandan ABŞ-a etiraz

İranın Xarici İşlər Nazirliyinin sözcüsü Seyid Abbas Musəvi işğalçı Amerika qüvvələrinin İraqdakı son hərbi addımlarına etiraz edərək, "İraqda ABŞ-ın son hərbi manevrləri İraq xalqının, hökumətinin və Parlamentinin istəyini əks etdirmir, həmçinin İraq Parlamentinin qəbul etdiyi qərarın pozulmasıdır", - deyə bildirib.

 
Maide.Az xəbər verir ki, İran mediasının məlumatına görə, Musəvi açıqlamasında, "Biz bunu İraqın milli suverenliyinin pozulması kimi görürük və ABŞ-ın hərbi addımlarının bütün bölgə üçün təhlükəli olacağı qənaətindəyik" söyləyib.
 
Son zamanlar İraqdakı hərbi bazalarına hücumları artan ABŞ Ənbar və Ərbildəki bazalarına "Patriot" raket sistemləri yerləşdirməyə başlayıb.

Google+ WhatsApp ok.ru