İrandan bu il Həccə zəvvar getməyəcək

İran parlamentinin  milli təhlükəsizik və xarici siyasət komissiyasının katibi  Məhəmmədhəsən  Asfəri deyib ki, cari ildə  İrandan zəvvarların Həccə getməsi məsələsi gündəmdə deyil. 
 
Maide.Az xəbər verir ki,  M.Asfəri Tasnim News  agentliyinə  açıqlamasında  deyib ki, Səudiyyə Ərəbistanın  təxribatına görə, cari ildə  İranlı zəvvarların Təməttö Həcci üçün getməsi üçün heç bir  iş və koordinasiya  olunmayıb. “Bu gün  parlamentin təhlükəsizlik komissiya üzvləri  və  ölkənin Həcc və Ziyarət Təşkilatının rəsmiləri arasında görüş keçirilib və müzakirə aparılıb.  Görüşdə bildirildi ki, Səudiyyə Ərəbistan bu ilki  həcc üçün İran rəsmiləri ilə heç bir koordinasiya  və əməkdaşlıq etməyib. İndiyədək Həcc və Ziyarət  Təşkilatının  rəsmiləri həcc mərasiminin təşkili üçün Ərəbistana getməli, Məkkə və Mədinədə hazırlıq işləri və koordinasiya işlərini görməli idilər. Zəvvarların yeməyi, qalması üçün yeri, zəvvarların vizası və digər məsələləri  həll etməli idilər. Lakin  Səudiyyə Ərəbistanın təxribatı ilə üzləşiblər və bu işlərin heç biri olunmayıb.”
 
M.Asfəri deyib ki,  ölkə  diplomatları Səudiyyə Ərəbistanın bu hərəkəti qarşısında ciddi mövqe sərgiləsin. “Beynəlxalq qurumlarda  Ərəbistanın bu hərəkətinə qarşı ölçü götürülməsinə çalışmalıdır.Ona görə ki,  Həcc mərasimi müsəlmanların ən önəmli  dini ayinidir və Səudiyyə Ərəbistanın Həcci siyasi oyunlara qatmağa və bu cür davranmağa haqqı yoxdur”.
 
M.Asfəri  deyib ki, Səudiyyə Ərəbistan  İraq və Suriyada  ardıcıl məğlubiyyətə uğradığı üçün əsəbləşib və  belə bir adddım atıb. “Ərəbistan  batlağa batıb və hər gün daha çox məhv olmağa doğru hərəkət edir”. 
 
Qeyd edək ki, bundan öncədə  İran Xarici İşlər Nazirliyinin  sözçüsü  Hüsen Cabiri Ənsari də demişdi ki,  Səudiyyə Ərəbistan  hacıların  təhlükəsizliyini təmin etməsə  bu il həccə qatılmayacağıq və bunun məsuliyyəti Səudiyyə Ərəbistanın üzərinə düşür. 
 

Google+ WhatsApp ok.ru