İrandan Qətərin ətrafında baş verən hadisələrə münasibət 05 İyun 2017 01:00 Dünya İran Qətərin ətrafında baş verən hadisələrə görə narahatlığını bildirib. Maide.Az xəbər verir ki, İranın Xarici İŞlər Nazirliyinin sözçüsü Bəhram Qasimi İran İslam Respublikasının Fars Körfəzi ölkələrində bəzi qonşuları arasında baş verən proseslərdən narahat olduğunu bildirib və deyib ki, ümid edirəm bu problem öz həllini tezliklə tapacaq. “İfratçılıq və terrorizm böhranı geniş yayıldığı, sionist İsrail rejimi Fələstin torpaqlarını işğalı davam etdirdiyi bir vaxtda regionda və dünyadakı mövcud durumu nəzərə alaraq qonşu ölkələrin əlaqələrinin gərginləşməsi heç bir dövlət və xalqın xeyrinə deyil. İran ixtilaf yaranmış qonşu ölkələrdən istəyir ki, tədbirli və ağılla davransın və gərginliyi azaltmağa və təmkinli olmağa çalışsınlar”. B.Qasimi deyib ki, regionda ölkələr arasında, o cümlədən bu ölkəlkərin Qətərlə olan ixtilafının həll yolu tərəflərin siyasi danışıqları və dinc şəraitdə mümkündür. Sanksiya kimi vasitədən istifadə bu günki gündə yaramaz, bəyənilməyən və qəbul olunmazdır. Müstəqil ölkələrin ərazi bütovlüyünün qorunması və onların daxili işinə müdaxilə etməmək və sərhədlərə hörmətlə yanaşmaq beynəlxalq hüquq və qanunların əsas prinsiplərindədir ki, bütün tərəflər buna hörmətlə yanaşmalıdır. / Teqlər : #İrandan Qətərin ətrafında baş verən hadisələrə münasibət, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriya münaqişəsinin nizamlanması üzrə növbəti mühüm Astana görüşünün vaxtı Dünyanın ən sürətli lifti istifadəyə verildi - Çində
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO