İrandan Səudiyyə Ərəbistanına cavab: `Yaranan fürsəti itirməyin`

Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl-Feysəlin İranı işğalçı dövlət adlandırmasına və Suriyada baş verənlərdə ittiham etməsinə, İran Xarici İşlər nazirinin müavini Hüseyn Abdullahian belə cavab verib: "Ər-Riyad Bəhreyndə hərbi varlığına son versin".
 
Abdullahiyan bildirib ki, əgər Səud Əl-Feysəlin açıqlaması dəqiq şəkildə yazılıbsa, bu sözlər iki ölkə arasında davam edən diplomatik danışıqlarla zidiyyət təşkil edir: "İslam Respublikası bölgədə terrora qarşı ən açıq şəkildə döyüşən ölkədir. Ərəbistana bunu tövsiyə edirik: düşmənlərin bölgədəki oyunlarına qarşı oyanıq olsunlar və bölgədə müsbət rol boynuna götürmək üçün yaranan fürsəti itirməsinlər. Tehran İraq dövləti və xalqına dəstək mövzusunda, Suriyaya kömək və bölgədəki terrora qarşı döyüş barəsində beynəlxalq qanunlar çərçivəsində hərəkət etməkdədir."
 
Abdullahian sözlərini belə davam etdirib: "Əgər Riyad rəhbərliyi Bəhreyndəki hərbi varlığına son vermiş olsaydı, bu ölkədəki siyasi həll müddəti müvəffəqiyyətlə başa çatmış olardı və xalqı əzmək siyasətləri sona çatardı."
 

Google+ WhatsApp ok.ru