İrandan Türkiyəyə səmimi dialoq çağırışı

İrandan Türkiyəyə səmimi dialoq çağırışı

İran prezidentinin müavini Əli Əkbər Salehi Tehranın Ankara ilə səmimi müzakirələrə hazır olduğunu deyib.
 
Maide.Az xəbər verir ki, İran prezidentinin müavini və ölkənin Atom Enerji Təşkilatının sədri  Əli Əkbər Salehi bildirib ki, regionda sabitliyin bərqərar olması üçün Türkiyə və eyni zamanda Səudiyyə Ərəbistan ilə masaya oturmağa hazırıq. “İran İslam Respublikası dəfələrlə bildirib ki, ölkənin siyasi prioriteti qonşu ölkələrlə geniş əlaqələr qurmaq, xüsusi ilə regionda xüsusi mövqeyi olan, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanla səmimi müzakirəyə hazırdır”. 
 
Ə.Ə. Salehi deyib ki, biz deyirik Türkiyə və Ərəbistan böyük dövlətlərdir və bölgədəki problemlərin həlli məsələsində təsiredici rol oynaya bilərlər.  Lakin bu rol müsbət və konstraktiv olmalı və bölgənin sabitliyinə xidmət etməlidir, müharibəni daha da alovlandırmamalıdır. Təssüflər olsun ki, bu iki ölkə bölgədəki vəziyyəti daha da gərginləşdirir. (tasnimnews)

 

Google+ WhatsApp ok.ru