İranda polisə atəş açan şəxslər həbs olunub

İranda polisə atəş açan şəxslər həbs olunub

İranın Xorrəmabad şəhərində polisə atəş açan şəxslər həbs olunub. 
 
Maide.Az “JamejamDaily”ə istinadla xəbər verir ki,  həbs olunan 5 nəfər bu gün səhər Xorrəmabad şəhərinin  şəhid Çağrvənd bulvarında polisə atəş açmaqda ittiham olunur. 
 
Qeyd edək ki, bu gün səhər baş vermiş atışma zamanı bir polis nəfəri şəhid olub, bir polis zabiti isə yaralanıb. 
 

Google+ WhatsApp ok.ru