İranda prezidentliyə namizədlərdən 6-sının səlahiyyətləri təsdiqlənib 21 Aprel 2017 01:00 Dünya İranın Konstitusiyaya Nəzarət Şurası qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmüş və qeydiyyatdan keçmiş namizədlərdən 6 nəfərinin səlahiyyətini təsdiqləyib. Qeydiyyatdan keçmiş namizədlərin adları beş gün Nəzarət Şurasında araşdırıldıqdan sonra təsdiqlənib. Beləliklə Konstitusiyaya Nəzarət Şurası tərəfindən səlahiyyətləri təsdiqlənən şəxslər bunlardır: 1. İranın Məsləhət Şurasının üzvü və İslami Mötəlifə Partiyasının Mərkəzi Şurasının üzvü Seyid Mustafa Ağa Mirsəlim 2. Prezidentin birinci müavini İshaq Cahangiri Kuşayi 3. Hazırkı prezident Həsən Ruhani 4. “İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi”nin üzvü Seyid İbrahim Rəisi - Sadat 5. Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf 6. İranın Milli Olimpiya Komitəsinin sədri Mustafa Haşemitəba Sabiq prezident Mahmud Əhmədinejad və onun sabiq müavini Həmid Bəqayinində səlahiyyəti təsdiqlənməyib. Qeyd edək ki, səlahiyyəti təsdiqlənməyən şəxslər sabahdan 5 gün ərzində səlahiyyətlərinin təsdiqlənməməsinə görə etiraz edə bilər. (apa) / Teqlər : #İranda prezidentliyə namizədlərdən 6sının səlahiyyətləri təsdiqlənib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çində müsəlman adlarına qadağa! İŞİD Parisin mərkəzində iki polisi öldürdü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO