İranda prezidentliyə namizədlərin ilk teledebatlarının tarixi müəyyənləşib

İranda prezidentliyə namizədlərin ilk teledebatlarının tarixi müəyyənləşib

Aprelin 28-də İranda prezidentliyə namizədlər arasında ilk teledebat keçiriləcək.
 
İlk teledebat cümə günü yerli vaxtla saat 16:00-da iqtisadi və ictimai məsələlərə həsr olunacaq.
 
Teledebatda prezidentliyə namizədlər üç saat ərzində ictimai və iqtisadi proqramlarına dair debatlar aparacaq. Teledebatlar İranın “Birinci” və “Xəbər” telekanalları ilə canlı yayımlanacaq.
 
Növbəti teledebatlar isə mayın 5-də və 12-də siyasi və iqtisadi məsələlərə həsr olunacaq.
Ümumilikdə prezidentliyə namizədlərin hər birinə televiziya və radio vasitəsilə təbliğat aparmaq və proqramlarını açıqlamaq üçün 1000 dəqiqə vaxt ayrılıb.
 
Prezident Həsən Ruhaninin də ilk teledebatda iştirak edəcəyi gözlənilir.
 
Qeyd edək ki, İranda prezident seçkiləri mayın 19-da keçiriləcək. Səsvermə İranla yanaşı dünyanın 102 ölkəsində təşkil olunacaq. /

Google+ WhatsApp ok.ru