İranda qəzaya uğrayan təyyarədə 66 nəfər həyatını itirib

İranda qəzaya uğrayan təyyarədə 66 nəfər həyatını itirib

-- təyyarə əlverişsiz hava şəraiti səbəbindən havaya qalxdıqdan 50 dəqiqə sonra Dena dağına çırpılıb

Iranda qəzaya uğramış “ATR 72-500” təyyarəsinin göyərtəsində olan 66 nəfərin hamısı həyatını itirib.
 
Maide.Az xəbər verir ki, bu barədə Tasnim agentliyi hava gəmisinin məxsus olduğu “Aseman Airlines” aviaşirkətinin nümayəndəsi Məhəmməd Tağı Təbatəbaiyə istinadla məlumat yayıb.
 
Onun sözlərinə görə, təyyarə əlverişsiz hava şəraiti səbəbindən havaya qalxdıqdan 50 dəqiqə sonra Dena dağına çırpılıb.
 
Tehranın “Mehrabad” beynəlxalq hava limanından yola düşən təyyərənin Tehran- Yasuc marşrutu ilə hərəkət etdiyi bildirilir.
 
Təyyarə 1993-cü il istehsalı olub. 
 
İran prezidenti Həsən Ruhani  Tehran-Yasuc istiqamətində uçuş həyata keçirən  təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirinə şəxslərin ailə üzvlərinə və İran xalqına başsağlığı verib. 

Google+ WhatsApp ok.ru