İranda qaz pulsuz olacaq

İranda qaz pulsuz olacaq

İranda qaz istehlakını azaltmaq məqsədilə əhalinin 32%-nə qaz pulsuz veriləcək.
 
Maide.Az "Trend" ə istinadla xəbər verir ki, bunu İranın neft naziri Bijən Zəngənə Cənubi Pars qaz yatağının 11-ci fazasında ilk quyunun qazılması ilə əlaqədar keçirilən tədbirdə deyib.
 
B.Zəngənənin sözlərinə görə, qazın pulsuz olması hökumətə ildə 4 trilyon riala (təxminən 95,2 milyon dollar) başa gələcək.
 
Zəngənə bildirib ki, İranda qaz istehlakı limiti aşması ilə əlaqədar cərimələr də nəzərdə tutulub.
Zəngənə əlavə edib ki, qaz hasilatı çox çətin şəraitdə əldə olunur. Buna görə onun istehlakında israfa yol vermək olmaz.
 
İranlı nazir qeyd edib ki, İranda əhalinin təxminən 95%-i qazla təmin olunur.
 
Qeyd edək ki, İran hökumətinin qərarına əsasən gələn aydan (21 dekabr 2020-dən) qış aylarında iqliminə (relyef) uyğun olaraq 1, 2 və 3-cü zonalarda 200 kubmetrdən az, 4-cü zonada 150 kubmetrdən az, 5-ci zonada 100 kubmetrdən az qaz istifadə edən vətəndaşlara qaz pulsuz veriləcək. Həmçinin 4 apreldən 6 noyabradək bütün zonalarda 45 kubmetrdən az qaz istifadə edən vətəndaşlara qaz pulsuz veriləcək.

Google+ WhatsApp ok.ru