İranda `Qüds günü` münasibətilə milyonlarla insanın iştirakı ilə etiraz yürüşü keçirilir

İranda `Qüds günü` münasibətilə milyonlarla insanın iştirakı ilə etiraz yürüşü keçirilir

"Beynəlxalq Qüds günü" münasibətilə İranın bütün şəhərlərində, habelə paytaxt Tehranda genişmiqyaslı küçə yürüşləri keçirilir.
 
Maide.Az xəbər verir ki, cümə günü "Beynəlxalq Qüds Günü" münasibətilə paytaxt Tehran və ölkənin 900 şəhərində etiraz yürüşü keçirir. Məzlum Fələstin xalqına dəstək olaraq İranın bütün dövlət idarələrinin əməkdaşları, ictimai qurumlar, tələbələr və sadə insanlar küçələrə çıxaraq sionist İsrail rejimi əleyhinə şüarlar səsləndirir.
 
Ramazan ayının sonuncü cümə günündə milyonlarla insan küçələrə axışıb və Qüdsün müsəlmanlara aid olduğu və İsrail rejimi tərəfindən işğal edildiyi barədə bəyanatlar səsləndirilib.  
 
Aksiya iştirakçıları “İsrailə ölüm!”, “Amerikaya ölüm”, “Qüdsə azadlıq!” şüarları səsləndirib, əllərində üzərində İsrail əleyhinə şüarlar yazılmış plakatlar tutub.  
 
Qeyd edək ki, "Beynəlxalq Qüds günü" münasibətilə dünyanın 85 ölkəsində müxtəlif mərasimlər keçirilir. /

Google+ WhatsApp ok.ru