İranda Silahlı Qüvvələrinin yaranması günü münasibətilə ‘Xidmət Paradı’ keçirilir

İranda Silahlı Qüvvələrinin yaranması günü münasibətilə ‘Xidmət Paradı’ keçirilir

Bu gün İranda Silahlı Qüvvələrinin yaranması günü münasibətilə “Xidmət Paradı” keçirilir. 
 
Maide.Az xəbər verir ki, 1979-cu ildən bəri hər il Ordu günü münasibətilə ölkə ərazisində parad keçirilib. Bu il isə Ordu Günü paradının əvəzinə koronavirus epidemiayasına görə  “Vətən müdafiəçiləri və Sağlamlıq köməkçiləri” devizi ilə “Xidmət Paradı” keçirilir. 
 
Belə ki, bu gün səhər təşkil olunan paradda ekologiyanın çirklənməsi ilə mübarizə qurğuları,  səyyar xəstəxana avadanlıqları, koronavirusla mübarizədə  Silahlı Qüvvələrin  ölkə xalqına  etdiyi yardımlar nümayiş  olunur. 
 
Xidmət Paradı  ölkənin 24 əyalətində təşkil olunur.  Paradda iştirak edən  qüvvələr  ölkənin  küçələrinin dezinfeksiyası və  əhaliya yardım üçün müxtəlif bölgələrə ezam olunacaqlar. 
 

Google+ WhatsApp ok.ru