İranda silah qaçaqmalçıları həbs olunub

İranda silah qaçaqmalçıları həbs olunub

İranın Kirman əyalətində  silah-sursat qaçaqmalçılığı edən qrup  zərərsizləşdirilib.  
Maide.Az xəbər verir ki,  Kirman əyalətinin prokrorluğunun sözçüsü Dadxuda  Salari deyib ki,  təhlükəsizlik xidməti işçilərinin səyi nəticəsində  Rəfsəncan şəhərində silah-sursat qaçaqmalçılığı edən banda zərərsizləşdirilib. 
X.Salari deyib ki, banda üzvləri həbs olunub və cinayət işinin istintaqı davam etdirilir.   “Banda üzvlər  ov silahlarını qaçaq yolla  ölkənin Qərbindən  idxal edib, Kirman əyalətinə  daşıyırmış. Onlardan 26 ədəd xaricdə  istehsal olunan ov silahı kəşf olunub”. 
Xəbərdə həbs olunan şəxslərin kimliyi və neçə nəfər olması ilə bağlı məlumat veirlməyib. 
 
 

Google+ WhatsApp ok.ru