Bu şənbə və bazar günü ictimai nəqliyyat və metro  işləyəcək

Bu şənbə və bazar günü ictimai nəqliyyat və metro işləyəcək

Bu həftə şənbə və bazar günləri ictimai nəqliyyat və metronun fəaliyyəti ilə bağlı qərar açıqlanıb.
 
Maide.az "Sonxeber"ə istinadla xəbər verir ki, Baku.ws bu məqsədlə "Bakı Metropoliteni" QSC və Bakı Nəqliyyat Agentliyinə (BNA) sorğu göndərib.
 
Hər iki qurumdan açıqlanıb ki, iyulun 3-ü həm ictimai nəqliyyat, həm də metro fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
 

Google+ WhatsApp ok.ru