Kabil hava limanından kommersiya uçuşları dayandırılıb

Kabil hava limanından kommersiya uçuşları dayandırılıb

Əfqanıstanın Həmid Kərzai adına beynəlxalq hava limanından mülki kommersiya uçuşları dayandırılıb.
 
APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə, bu barədə hava limanının rəhbərliyi açıqlama yayıb.
 
Rəhbərlik insanları hava limanına getməkdən çəkinməyə çağırıb.
 
Qeyd edək ki, avqustun 15-də "Taliban" paytaxt Kabilə daxil olub. Prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib. 

Google+ WhatsApp ok.ru