İranda terror hücumu: 1 nəfər ölüb, 5 nəfər yaralanıb

İranda terror hücumu: 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Bu gün səhər saatlarında İranın cənub-şərqində, Sistan və Bəluçistan vilayətinin Nikşəhr rayonunda İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah)  bazasına terror hücumu olub.
 
Maide.Az “İSNA”a istinadla xəbər verir ki, bunu Nikşəhr şəhərinin prokroru Möhsin Gülməhəmmədi deyib. 
 
O bildiri ki,  iki nəfər bazanın divarından  içəri keçib və atəş açıb. “1 nəfər şəhid olub, 5 nəfər yaralanıb. 
 
Yaralılar xəstəxanaya çatdırılıb.   
 
Bəzi xəbər saytlarının məlumatına görə, "Ceyş-ül-Zülm" terror qruplaşması bazaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
 
Aktı törədən şəxslərin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.
 

Google+ WhatsApp ok.ru