İranda yük təyyarəsi qəzaya uğrayıb -YENİLƏNİB - FOTO

İranda yük təyyarəsi qəzaya uğrayıb -YENİLƏNİB - FOTO

Maide.Az "İSNA"a istinadən xəbər verir ki, Qırğızıstana məxsus təyyarənin 16 ekipaj üzvi olub. 
 
Bildirilir ki, bir nəfər xilas olunub. 
 
Təyyarə Əlborz əyalətində Sepah-ın hava limanında yaşayış kompleksinin üzərinə düşüb və daha sonra yanğın baş verib. 
 
Hadisə yerinə çox sayda yanğınsöndürən və xilasedici cəlb olunub.  
 
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. 
 
***
 
İranın Əlborz əyalətində yük təyyarəsi qəzaya uğrayıb. 
 
Maide.Az “tasnimnews”a istinadla xəbər verir ki, Bişkekdən - Tehrana uçan  "Boinq 707" tipli yük təyyarəsi Əlborz əyalətində eniş edərkən qəzaya uğrayıb. 
 
Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb olunb. 
 
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru