İranda zəlzələdə xəsarət alanların sayı 22 nəfərə çatıb

İranda zəlzələdə xəsarət alanların sayı 22 nəfərə çatıb

İranın Gülüstan əyalətinin Ramyan bölgəsində baş verən zəlzələdə xəsarət alanların sayı 22 nəfərə çatıb.
 
Maide.Az xəbər verir ki, Gurçay və Veyru kəndlərində evlərə ciddi ziyan dəyib.
 
Zəlzələ nəticəsində dağ uçqunu olub, bir neçə kəndlə əlaqələr kəsilib.
 
Qeyd edək ki, bu gün səhər İranın Gülüstan əyalətinin Ramyan bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib. 
 
Bundan öncə  zəlzələ nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilmişdi. 
 
 
 

Google+ WhatsApp ok.ru