İran elektrik istehsalına görə Yaxın Şərqdə ilk yeri tutur

İran elektrik istehsalına görə Yaxın Şərqdə ilk yeri tutur

İran elektrik istehsalına görə Yaxın Şərqdə birinci, dünyada isə 14-cü yeri tutur.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu İranın istilik elektrik enerjisi istehsalı şirkətinin rəsmisi Əbdürəsul Pişahəng deyib.
 
Onun sözlərinə görə, İranda 91 İstilik Elektrik Stansiyası fəaliyyət göstərir:
 
"Onun 39-u dövlət, 41-i isə özəl sektora məxsusdur. 11 stansiya da inşa olunmaqdadır".
 
Ə.Pişahəng deyib ki, İran elektrik şəbəkəsi və elektrikin paylanması ilə bağlı avadanlıqların 90%-ni daxildə istehsal edir.
 

Google+ WhatsApp ok.ru