İran hərbi sahədə dörd yeni nailiyyətinin təqdimatını keçirib

Iran Silahlı Qüvvələri hərbi sahədə dörd yeni nailiyyətinin təqdimatını keçirib. Təqdimat mərasimində İran Prezidenti Həsən Ruhani və müdafiə naziri Hüseyn Dehqan iştirak edib.

Maide.az-ın İranın Fars xəbərə agentliyinə istinadən məlumatına görə, İran bu gün  iki yeni “kruz” raket və iki yeni pilotsuz təyyarənin təqdimatını keçirib. 

Təqdimatı olan raketlərdən biri Qədir” tipli dəniz “Kruz”  raketidir. İran bu tip raketlərin yeni nəslini istehsal edib. Bu gün təqdimatı olunan raket 300 kilometrədək dəniz hədəflərini məhv etmə qabiliyyətinə malikdir. Raket həm gəmidən və həmdə qurudan hədəfi vurma qabiliyyətinə malikdir. 

Məlumata əsasən, təqdimatı olan digər dəniz kruz raketi “Nəsr-Bəsir” tipli “Kruz” raketidir.  Bu raketin əməliyyat gücü artırılıb. Hədəfləri smart formada tapma qabiliyyətinə malikdir.  Raketin həmçinin əməliyyatı səssiz həyata keçirmək qabiliyyəti var. 

Bu gün təqdimatı olan yeni nəsil pilotsuz təyyarələrdən birinin adı “Kərar-4”-dir. Bu pilotsuz təyyarə yeni nəsil qırıcı pilotsuz təyyarələr növündəndir.  İranın öz istehsalıdır.  Bu tip pilotsuz təyyarə düşmənin hücuma keçmiş təyyarələrini izləmə və onları məhv etmə qabiliyyətinə malikdir. 

Təqdimatı olan digər pilotsuz təyyarə “Mühacir-4” adlanır. Bu pilotsuz təyyarə isə hərbi və dinc məqsədlər üçün havadan xəritəçəkmə qabiliyyətinə malikdir. /

 

Google+ WhatsApp ok.ru