`İran Həmasa uzaqmənzilli raketlər verib`

Maide.az "Yediot Aharonot"a istinadən xəbər verir ki,  Həmas son 3 gün ərzində 30 raket sınağı keçirib.
 
"Yediot Aharonot"un yazdığına görə, başda Həmas olmaqla Fələstinli qrupların Qəzzada genişmiqyaslı raket sınaqları keçirdiyi və 30 raketin Qəzzadan dənizə atıldığı bildirilir.
 
Qəzzadan partlayış səsləri gəldikdən sonra bunun raket sınağı olduğunun dəqiqləşdirildiyi və "Dəmir Günbəz" raket əleyhinə müdafiə sisteminin 40 kilometr məsafədə Qəzzadakı bütün raket sınaqlarını izlədiyi qeyd edilir.
 
Sınağı keçirilən raketlərin İranın Həmasa verdiyi uzaqmənzilli raketlər olduğunu yazan qəzet, bu sınaqların Həmasın yeni qarşıdurmaya hazırlaşdığına işarə olduğunu bildirir. 

Google+ WhatsApp ok.ru