İran həcc təşkilatının rəhbəri Səudiyyə Ərəbistanını sərt tənqid etdi 02 İyun 2016 01:00 Dünya “Səudiyyə Ərəbistanı Allah evinin zəvvarları arasında ayrı-seçkilik yaratması və iranlı zəvvarların həccə getməsinə maneələr yaratmasına görə ağır bədəl ödəməlidir”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Ovhədi deyib. O bildirib ki, İran hər zaman həcc məsələsini siyasi problemlərdən ayrı tutmağa çalışıb, lakin Səudiyyə Ərəbistanı heç vaxt bu məsələləri bir-birindən ayıra bilməyib: “Onlar əxlaqsızlıq etməklə və həcc məsələsi ilə bağlı müzakirələri 5 ay gecikdirməklə göstərdilər ki, həcci siyasi məsələlərlə əlaqələndirirlər”. S. Ovhədi əlavə edib ki, Səudiyyə Ərəbistanı Xarici işlər Nazirliyinin müdaxiləsi ilə iranlı zəvvarların bu il həccə getməsinin qarşısı alınıb: “Zəvvarların məskunlaşdığı yerlərdə milli bayraqdan istifadənin qadağan olunması yalnız İrana qarşı tətbiq olunur. Bu, iki ölkə arasında fikir ayrılığı yaradan məsələlərdən biri idi. Eləcə də, Həcc və Ziyarət Təşkilatının orada tibb mərkəzləri yaratması və zəvvarların özləri ilə dərman aparmasının qadağan edilməsi kimi məsələlər də iranlı zəvvarların həccə getməsini əngəllədi”. S. Ovhədinin sözlərinə görə, hökumət zəvvarların hüquqlarının bərpasına çalışır və gələn il iranlılar üçün həcc ziyarəti bərpa olunacaq: “Builki həcc kvotamızı da biz gələn il həccə göndərəcəyik”. Teqlər : #İran həcc təşkilatının rəhbəri Səudiyyə Ərəbistanını sərt tənqid etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İslam dini getdikcə Çinli gənclərin böyük həvəslə seçdiyi dinə çevrilir Türkiyə Almaniyadakı səfirini geri çağırıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO