İran hərbi təlimdə yeni raketi sınaqdan keçirib

İran hərbi təlimdə yeni raketi sınaqdan keçirib

Təlimlərin məqsədi quru qoşunlarının döyüş hazırlığını yüksəltməkdir
 
İran ordusu hərbi təlim zamanı “Tufan” adlı yeni tip raketi sınaqdan keçirib.
 
“Report” Tasnim-ə istinadən xəbər verir ki, yeni raketi İran mühəndisləri hazırlayıb.
 
İnformasiyaya görə, ölkənin cənub-şərqində quru qoşunlarının “Məhəmməd Rəsulallah-4” adı altında təlimləri keçirilir. Hərbi Hava Qüvvələrinin və “Hatəm ül-Ənbiya” hava hücumundan müdafiə bazasının dəstəyi ilə keçirilən təlimlər 220 kv. km. ərazini əhatə edir. Təlimlərin məqsədi quru qoşunlarının döyüş hazırlığını yüksəltməkdir.
 
Qeyd edək ki, təlim dekabrlın 11-də başlayıb və 13-də başa çatacaq. /

Google+ WhatsApp ok.ru