İran ilin sonunadək yeni raketlərin istehsalına başlayacaq

İran ilin sonunadək yeni raketlərin istehsalına başlayacaq

“İran ilin sonunadək yeni “yer-hava” tipli raketlərin istehsalına başlayacaq”.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xatəmul-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandiri Fərzad İsmaili deyib.
 
O deyib ki, raketlər yerli mütəxəssislər tərəfindən hazırlanıb.
 
“İranın hava sərhədini heç bir təyyarə poza bilməz. Silahlı qüvvələrimiz ayıqdır. ABŞ hərbçilərinin Fars körfəzində saxlanılması buna sübutdur”, - deyə o vurğulayıb.
 

Google+ WhatsApp ok.ru