İran şirkətləri Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır

İran şirkətləri Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır

"İran şirkətləri Dağlıq Qarabağın yenidən qurulmasında və bərpasında iştirak etməyə hazırdır".  
 
Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, bunu İran- Azərbaycan Birgə Ticarət Palatasının rəhbəri  Hüseyn Pirmüəzzin deyib. 
 
O, bildirib ki, Pandemiya dövründə iqtisadi münasibətlərimizi qoruyub saxlaya bildiyimiz yeganə ölkə bəlkə də Azərbaycan idi. Belə ki, müştərək gömrüklərimiz heç bir gün bağlanmadı.  “Biləsuvar və Astara gömrükləri bağlanmamaqla yanaşı, ixrac qabiliyyətinin artması da müşahidə olunub. Pandemiyanın başladığı gündən bəri İranla Azərbaycan arasında iqtisadi əlaqələr davam etdirilib, ancaq iki ölkə arasında vətəndaşların gediş-gəlişi qadağan olunub. Hazırda gömrük-keçid məntəqələri 24 saatlıq rejimdə işləyir və ixrac ikitərəfli qaydada həyata keçirilir”.
 
H.Pirmüəzzin bildirib ki, indiyədək Qarabağın yenidən qurulmasında iştirakla bağlı İranla danışıqlar aparılmayıb. "Koronavirus pandemiyasına görə bağlanan yolların açılmasından sonra İran  Qarabağın yenidən qurulması üçün təkliflər irəli sürəcək.Azərbaycan və İranın müştərək iqtisadi komissiyasının ilk iclasında  bu məsələ ilə bağlı  danışıq aparacayıq.  Lakin hazırda Qarabağada və sərhəd bölgələrdə fəaliyyət göstərə biləcək İranlı şrikətləri toplayırıq. " 
 
O qeyd edib ki,  İran  bütün sahələrdə o cümlədən tikinti,  iqtisadi,  müştərək sənaye şirkətlərin təsis edilməsi sahəsində  əməkdaşlıq edə bilərik.  
 
Onun sözlərinə görə, Azərbaycan eyni zamanda Avrasiya və MDB ölkələrinə ixrac istiqamətində tranzit təyinatı sayılır. Gürcüstanın İran mallarının Avrasiya və 
MDB ölkələrinə ixracı üçün idxalına mane olmasının səbəbi də məhz budur və bu, Azərbaycan-Gürcüstan münasibətləri ilə əlaqədardır.

Google+ WhatsApp ok.ru