İran Kəşfiyyat naziri: 1500 gənci İŞİD-ə qoşulmaq fikrindən daşındırdıq

İran Kəşfiyyat naziri: 1500 gənci İŞİD-ə qoşulmaq fikrindən daşındırdıq

"İrandan İŞİD-ə qoşulmaq istəyən 1500 gənc bizim mütəxəssislərin səyi nəticəsində fikrindən daşınıb"

İran mediasına istinadən verdiyi xəbərə əsasən, bu sözləri ölkənin Kəşfiyyat - məlumat və təhlükəsizlik naziri Seyid Mahmud Ələvi bildirib. “Təhlükəsizlik qüvvələrimiz, İŞİD tərəfindən cəlb olunmağa cəhd olunan gəncləri aşkarlayaraq, onları fikirlərindən daşınmaq və yanlış qərar verdiklərinə inandırmaq üçün çalışırlar. İŞİD-ə qoşulmaq istəyən 1500 gənci Quran və Peyğəmbərin (s) sünnəsindən istifadə edərək, fikirlərindən daşındıra bilmişik. Rəhbərimiz də bu mövzuda tapşırıq verib”, -deyə nazir əlavə edib. (islamazeri.az) /

Google+ WhatsApp ok.ru