İran çökən bina faciəsində terror və hücum ehtimallarına münasibət bildirib

İran çökən bina faciəsində terror və hücum ehtimallarına münasibət bildirib

Tehran polisi ötən gün paytaxtda baş verən çökən bina faciəsində terror və hücum ehtimalları və şayiələrinə münasibət bildirib.
 
Tehranın Baş Polis İdarəsinin komandiri Hüseyn Sacidiniya jurnalistlərə açıqlamasında deyib ki,  bu faciədə hücum və terror ehtimalları əsassız şayiələrdir və ortada heç bir təhlükəsizlik məsələsi yoxdur.
 
Qeyd edək ki, ötən gün Tehranın mərkəzində 1962-ci ildə inşa edilən 17 mərtəbəli bir binada yanğın baş verib. Daha sonra bina çöküb.  Bina çökən zaman içində onlarla insan olub. İran telekanalları 30 yanğınsöndürənin həlak olmasını bildiriblər. Uçqunlar altında qalan insanların çıxarılması əməliyyatı davam edir.(islaminsesi)
 

Google+ WhatsApp ok.ru