İran kosmosa peyk göndərdi

Maide.az xəbər verir ki, İran Dövlət Televiziyası kosmosa göndərilən "Fəcr" adlı peykinin müvəffəqiyyətli şəkildə orbitə yerləşdiyini bildirib.
 
Müdafiə naziri Hüseyn Dehkan peykinin Müdafiə Nazirliyi Aviasiya və Kosmos Sənaye Qurumu tərəfindən və tamamilə yerli mühəndislərlə istehsal edildiyini bildirib.
 
Peyk ilə bağlı ətraflı məlumat verilməyib.
 
Qeyd edək ki, İran ilk yerli xəbərləşmə peykini 2009-cu ilin fevralında, ikinci yerli görüntüləmə peykini 2011-ci ilin iyununda, üçüncü yerli peykini də 2012-ci ildə kosmosa göndərmişdi.

Google+ WhatsApp ok.ru