İranlı deputat: ‘Qarabağın işğalının davam etməsi qəbuledilməzdir’

İranlı deputat: ‘Qarabağın işğalının davam etməsi qəbuledilməzdir’

“Qarabağın işğalının davam eməsi İran xalqı və dövləti üçün qəbuledilməzdir”.  
 
Maide.Az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin Təbrizdən olan  millət vəkili və Prezidentin sabiq müavini Məhəmmədrza Mirtacəddini son günlər Tovuzda baş verən hadisələrə münasibət bildirərkən deyib. 
 
O, öz “tvitter” səhifəsində  qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə təbidir və Qarabağın işğalının davam etməsi və bu ərazidə yaşayan insanların evlərindən didərgin düşməsi İran xalqı və dövləti üçün qəbuledilməzdir.
 

Google+ WhatsApp ok.ru