İranlı diplomat Yəməndə azad edilib

Maide.az xəbər verir ki, 2013-cü ildə Yəməndə terrorçu bir qruplaşma tərəfindən oğurlanmış iranlı diplomat Nurəhməd Nikbəxt azad edilib. İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini sözügedən məsələ ilə bağlı deyib: "İranın təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Yəməndə iranlı diplomat Nurəhməd Nikbəxtin terrorçulardan azad edilməsi ölkəmizin siyasi-təhlükəsizlik iqtidarına digər bir göstərici və nişanədir."

Google+ WhatsApp ok.ru