İranlı general: “Roketlərimizin səsi yaxında eşidiləcək”

İran İslam Cümhuriyyətinin baş qərargah rəisinin köməkçisi İran roketlərinin yaxında düşəcəyini söyləyib.
Maide.az xəbər verir ki, general Cəzayiri bunu Qərb ölkələrinə cavabında bildirib.
O deyib ki, İranın müdafiə gücünü zəiflətmək istəyən düşmənlərin röyası gerçəkləşməyəcək.
Şər dövləti olan ABŞ və şeytana xidmət edən sionist rejimin dəfələrlə İrana olan təhdidlərini xatırladan Cəzayiri bildirib ki, İran özünün və dostlarının təhlükəsizliyini artırmaq üçün hərbi gücünü daha da artırmalıdır:
İran Silahlı Qüvvələrinin hərbi manevrlərini də dəyərləndirən general Cəzayiri sərt şəkildə xəbərdarlıq edib ki, İran roketlərinin səsi bu yaxınlarda eşidiləcək. /
 

Google+ WhatsApp ok.ru