İranlı general İraqda şəhid olub

İran İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) -n Ramazan Qərargahının sabiq komandiri, briqada generalı Həmid Təqəvi İraqın Samirra şəhərində İŞİD terror qruplaşması ilə mübarizə zamanı şəhid olub. 
Maide.az-ın İranın ABNA xəbər agentliyinə istinadən məlumatına görə,  şəhid H.Təqəvi İran-İraq müharibəsi dövründə Ramazan Qərargahının komandiri olub və İraq xalqına yardım etmək məqsədi ilə Samirra şəhərində İŞİD terror qruplaşmasına qarşı döyüşən İraq ordusu və xalq özünümüdafiə dəstələrinə təlim keçib və  İmam Həsən Əsgəri (ə)-ın müqəddəs türbəsini müdafiə edib. 
Şəhid H.Təqəvinin cənazəsi sabah  Tehrana gətiriləcək və ikinci gün Xuzestan əyalətinin Əhvaz şəhərinə aparılaraq orada dəfn olunacaq.  /
 
 
 

 

Google+ WhatsApp ok.ru