İranlı şirkət Azərbaycanda nümayəndəlik açacaq

İranın avtomobilqayırma şirkəti Azərbaycanda nümayəndəlik açacağını elan edib.
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, İranın “SAİPA” avtomobilqayırma şirkətinin müdiri Səid Mədəni bu şirkətin Azərbaycan ilə əlaqələrinin artdığını vurğulayıb və deyib ki, iki ölkənin iş adamları əlaqələrin daha da yaxşılaşmasını dəstəkləyir.

Səid Mədəni ötən iki ildə “Saipa” şirkətinin Azərbaycana 2 min avtomobil ixrac etdiyini bildirib və əlavə edib ki, Azərbaycanda nümayəndəlik açmaq və region ölkələri üçün avtomobilqayırma zavodu quraşdırmaq niyyətindəyik.
"Şirkətimizin məhsulları Ukrayna və Rusiyaya ixrac edilir və şirkətimiz İraq, Venesuela, Sudan, Suriya və digər ölkələrdə də müəssisələrə malikdir",-deyə “Saipa” şirkətinin müdiri  S.Mədəni bildirib.
O  deyib ki,  hazırda şirkətimiz 7 zavoda və təqribən 100 fərdi şirkətlərə malikdir. İl ərzində 20 modeldə 800 min  avtomobil istehsal edirik.

 

Google+ WhatsApp ok.ru