İran Livan ordusunu silahlandırır, raketlər yoldadır

İran Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani Livan və Suriya səfərləri daxilində Livanda keçirdiyi görüşlərdə İranın Livan ordusuna hərbi yardım edəcəyini və bu köməyin qarşılıqsız olacağını söyləyib.
 
Maide.az-ın məlumatına görə, Şamxani səfəri çərçivəsində Livanın baş naziri Tammam Salam ilə baş nazirlik sarayında görüşüb.
 
Şamxani görüşdən sonra verdiyi açıqlamada, "İran dövləti olaraq Livan ordusuna terror təşkilatları ilə döyüşləri üçün hərbi yardım edəcək", - deyib.
 
İranın Livan ordusuna edəcəyi hədiyyənin miqdarı və xüsusiyyəti mövzusunda açıqlama verməyən Şamxani Livan müdafiə naziri Samir Mukbilin Tehran səfərində köməyin ediləcəyini və Livan ordusunun ehtiyacı olan silahların da müzakirə olunacağını söyləyib.

Google+ WhatsApp ok.ru