İranlı jurnalistlər Azərbaycana gəlir

İranın müxtəlif iri media qurumlarında çalışan bir neçə jurnalistin Azərbaycana qrup şəklində səfəri təşkil olunacaq. Bu barədə Maide.az-a İranın Azərbaycandakı səfirliyindən xəbər verilib.
 
Bildirilib ki, 15-17 oktyabr tarixində baş tutacaq səfər zamanı altı iranlı jurnalist Bakıda Azərbaycan Prezidentinin Administrasiyasında olacaq, PA ictimai-siyasi şöbənin müdiri Əli Həsənovla görüşəcəklər. Həmçinin qonaqların “AzərTAc”ın baş direktoru Aslan Aslanovla da görüşü gözlənilir. Daha sonra iranlı jurnalistlər bir neçə media qurumuna baş çəkərək, buradakı iş prosesi ilə tanış olacaqlar.
 
Qeyd olunub ki, səfər Azərbaycan-İran münasibətlərinin inkişafında medianın rolunun artırılması məqsədi ilə gerçəkləşdirilir.

Google+ WhatsApp ok.ru