İranlı nazir: “Azərbaycanla əlaqələrin inkişafı üçün yaxşı proqramlar hazırlanıb”

İranlı nazir: “Azərbaycanla əlaqələrin inkişafı üçün yaxşı proqramlar hazırlanıb”

“İran və Azərbaycan arasında texniki və mühəndislik xidmətləri sahəsində əməkdaşlıq güclənir”. 
 
Maide.Az bildirir ki, bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın sənət, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari deyib. O bildirib ki, iqtisadiyyat naziri Məsud Kərbasianın Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri seçilməsinin ardınca iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və İranın təcrübəsinin Azərbaycana ötürülməsi sahəsində çox yaxşı addımlar atılıb: “İranlı mühəndislər hazırda Azərbaycanda avtomobil və dərman müəssisələrinin tikintisi ilə məşğuldur. Bu fəaliyyətlər daha da inkişaf etdiriləcək”.
 
M. Şəriətmədari yaxın günlərdə iki ölkə prezidentinin görüşünün baş tutacağını vurğulayıb: “Cənab prezident İlham Əliyevin Tehrana səfəri zamanı və Azərbaycan, İran, Rusiya prezidentlərinin Tehrandakı sammitində bu məsələyə geniş diqqət ayrılacaq. İki ölkə arasında  əlaqələrin inkişafı üçün yaxşı proqramlar hazırlanıb. Ümid edirik ki,  qarşıdan gələn illərdə əlaqələrimiz daha da inkişaf etdiriləcək”.
 
Qeyd edək ki, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri və İranın iqtisadiyyat naziri Məsud Kərbəsian yaxın günlərdə Bakıya səfər edəcək.
 

Google+ WhatsApp ok.ru