İranlı nazir: Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik

İranlı nazir: Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik

"İran Azərbaycanla əməkdaşlığı infrastruktur layihələrindən daha artıq genişləndirmək niyyətindədir."
 
Maide.Az-ın məlumatına görə, bunu İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd ötən gecə Bakıda Heydər Əliyev Beynəlxalq hava Limanında İRİB müxbirinə verdiyi açıqlamada deyib.
 
F.Dejpəsənd bildirib ki, İranın Azərbaycanla çox uğurlu və tarixi əlaqələri var.
 
Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasının keçiriləcəyinə diqqət çəkən iranlı nazir iki ölkənin bəzi müştərək layihələrin icrasında çox yaxşı təcrübəsinin olduğunu deyib: “Azərbaycanın Baş naziri, iqtisadiyyat və kənd təsərrüfatı nazirləri, Mərkəzi Bankın sədri, Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşlər keçiriləcək. Maliyyə, turizm, əkinçilik, dəmiryolu sahələrində ikitərəfli əməkdaşlıqlar haqda müzakirələr aparılacaq".
 
İranın iqtisadiyyat və maliyyə naziri Pirallahı Sənaye Parkı ilə də yaxından tanış olacaq.
 

Google+ WhatsApp ok.ru