İranlı nazir: İki ölkə arasında mövcud olan sazişlərdə lazımi dəyişikliklər edilərək,əməkdaşlıq daha da gücləndiriləcək

İranlı nazir: İki ölkə arasında mövcud olan sazişlərdə lazımi dəyişikliklər edilərək,əməkdaşlıq daha da gücləndiriləcək

Xəbər verdiyimiz kimi İranın daxili işlər naziri Əbdulrza Rəhmani Fəzlinin Azərbaycana səfəri başlayıb. İki günlük səfər zamanı Fəzli və Azərbaycanın yüksək vəzifəli məmurları müxtəlif sahələrdə ikitərəfli əlaqələr və əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək.
 
Bü gün səhər  Ə.R.Fəzli Azərbaycana səfəri ilə bağlı Maide.Az-a açıqlama verib, bunları dedi: “İran və Azərbaycan Daxili İşlər Nazirlikləri arasında çox yüksək səviyyədə əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıqlar həm sərhədlərin təhlükəsizliyinin təmini, həm narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə, həm iki ölkənin polis təkilatları arasında əməkdaşlıq və həm də terrorizmlə mübarizə sahəsində müştərək əməkdaşlıqlardır. İran və Azərbaycan Daxili İşlər Nazirlikləri arasında əməkdaşlıq yüksək səviyyədə qurulub. İki ölkə arasında  təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi, narkotiklərlə mübarizə sahəsində əməkdaşlıq sazişi və sərhəd komissiyaları arasında saziş mövcuddur. Bu əməkdaşlıq sənədlərinin bəzisi artıq 15 ildir ki, imzalanıb.  
 
Bu səfərdə iki ölkə arasında mövcud olan sənədlərə yenidən baxılacaq. Regionda mövcud olan yeni  şəraitə görə, bəzi yeni təkliflərimiz var. Bu baxımdan lazımdır ki, hər iki ölkənin daxili işlər nazirləri görüşsün və lazımi müzakirələr aparılsın. Biz çalışırıq ki, mövcud əməkdaşlığı daha da gücləndirməklə,  iki ölkə arasında mövcud olan sazişlərdə lazımi dəyişikliklər edək və  əməkdaşlıq səviyyəsini daha da gücləndirək”.⁠⁠⁠⁠
 

Google+ WhatsApp ok.ru