İranlı nazir: `Naxçıvana pul yatırın`

İranlı nazir: `Naxçıvana pul yatırın`

Azərbaycanda səfərdə olan İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi hər iki ölkənin sahibkarlarını Naxçıvan Muxtar Respublikasına investisiya qoymağa çağırıb.

İranlı nazir bu səfərin ölkələr arasında ticarət əlaqələrinin möhkəmlənməsinə yönəldiyini bildirib.
 
Nazir investisiyalarla bağlı məsələləri müzakirə etmək üçün muxtar respublikaya səfər edəcəyini qeyd edib. O deyib ki, Naxçıvan geniş ticarət imkanlarına malikdir.
 
M.Vaezi İranın müxtəlif sahələrdə, o cümlədən qaz tədarükü, nəqliyyat və səhiyyə sahələrində Naxçıvanla əməkdaşlığı fəallaşdırmağa hazır olduğunu deyib.
 
Onun sözlərinə görə, səfər zamanı Ordubadda Araz çayı üzərindən bəndin tikilməsi layihəsinin müzakirəsi nəzərdə tutulur.
 
Qeyd edək ki, İranın rabitə və kütləvi kommunikasiyalar naziri M.Vaezi iqtisadi, ticarət və humanitar məsələlər üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının 11-ci iclasında iştirak etmək üçün Bakıya gəlib. (trend) /

Google+ WhatsApp ok.ru