İranlı paraolimpiyaçı velosiped yarışlarında həyatını itirdi

İranlı paraolimpiyaçı velosiped yarışlarında həyatını itirdi

 
Rio 2016 Paralimpiya Oyunlarında iranlı velosipedçi Sarafraz Bahman Golbarnezhad kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb. O bir neçə xəsarət alıb. o, cümlədən boynu zədələnib.
 
Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.
 
Bahman Golbarnezhad
 
 
 
 
Komitə bildirir ki, Golbarnezhad əsil paraolimpiyaçı idi, o, enerji və sevgi ilə öz ölkəsini təmsil etməyə çalışırdı.
 
İran prezidenti Rohani onun ölümü ilə bağlı Twitterdə yazıb ki, Golbarnezhadın adı İranın paraolimpiya tarixində qalacaq.
 
2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında da iştirak etmişdi. Ancaq medal almamışdı.
 
 Bahman Golbarnezhad Rio-da (arxada)
 
Golbarnezhad Şirazda anadan olub.
 
1960-cı ildə Romada keçirilmiş Olimpiya Oyunlarında da danimarkalı velosipedçi Knud Enemark Jensen ölmüşdü. (AzadlıqRadiosu) /                          

Google+ WhatsApp ok.ru