İranlı rejissor Məcidinin `Məhəmməd (s) Allahın Elçisi` Filmi TV-də yayımlanacaq - VAXT açıqlandı - VİDEO

İranlı rejissor Məcidinin `Məhəmməd (s) Allahın Elçisi` Filmi TV-də yayımlanacaq - VAXT açıqlandı - VİDEO

Hər kəs tərəfindən böyük maraqla gözlənilən "Məhəmməd – Allahın elçisi" filmi 2 il əvvəl ictimaiyyətə təqdim edilməsinə və dünyanın müxtəlif ölkələrində kinoteatrlara çıxmasına baxmayaraq, təəssüf ki, hələ də Azərbaycanda bu film nümayiş olunmayıb. 
 
Maide.Az xəbər verir ki,  Məhəmməd (s) Allahın Elçisi filmi 6 iyun tarixində Türkiyənin ATV televiziyasında yerli vaxtla saat 20:45-də ekrana veriləcək. Bu barədə ATV televiziyasının internet səhifəsində qeyd olunub. Ölkəmizdə də bu televiziya kanalının yayımı olduğu üçün Azərbaycan xalqı da bu filmə Bakı vaxtı ilə 21:45-də baxa biləcək.
 
"Məhəmməd (s) Allahın Elçisi" filmi Türkiyədə ilk dəfə 2016-cı ilin oktyabrın 28-də 300-dən artıq kinoteatrda nümayiş olunmuşdur.
 

Google+ WhatsApp ok.ru