İranlı sünni alim Ayətullah Nəmrə verilən edam qərarının ləğvini tələb etdi

İran sünnilərinin lideri Movləvi Abdulhamid Səud rejiminin Ayətullah Nəmrə verilən edam qərarını ləğv etməsini istəyib.
 
Maide.az xəbər verir ki, iranlı sünnilər adından Səud kralı Abdullaha məktub yazan Movləvi vəhdət və qardaşlığın İslam ümmətinin ən fundamental ehtiyacları olduğunu, bunlara çatmağın yolunun isə hikmət və bəsirət olduğunu deyib.
 
İslam ölkələri arasında fitnəni qızışdırmaq üçün İslam düşmənlərinin hər cür fürsətdən istifadə etdiyini ifadə edən Movləvi, “sünni xalq və alimlər adından bildirirəm ki, Şeyx Nəmrə verilən edam qərarı ləğv edilməlidir və bunu tələb edirəm”, - deyə Kral Abdullaha müraciətində yazıb.
 
Movləvi edam qərarının ləğvinin müsəlmanlar arasında vəhdət və qardaşlığı gücləndirəcəyini bildirib.

Google+ WhatsApp ok.ru