İranlı tədqiqatçılar qaraciyər və ürəyin kök hüceyrələri ilə bərpasının yolunu tapıb

İranlı tədqiqatçılar qaraciyər və ürəyin kök hüceyrələri ilə bərpasının yolunu tapıb

İranlı tədqiqatçılar  qaraciyər və ürəyin kök hüceyrələri ilə bərpası yollarını tapıb. Bu kəşf  yaxın gələcəkdə qaraciyər və ürək xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacağı bildirilir.  
 
Maide.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki,  bu kəşfi edən İranın Royan elmi – təhqiqat  mərkəzinin elmi üzvi  və Xarəzmi Beynəlxalq Festivalının qalibi Hüseyn Bəharvənd  bildirib ki,  dünyada ölümə səbəb olan xəstəliklər arasında ürək-damar və qaraciyər xəstəlikləri üstünlük təşkil edir. “Buna görə yeni müalicə strategiyasının təyin olunması labüddür.  Bunun üçün biz  kök hüceyrələrindən istifadə qərarını aldıq. Araşdırmamız ilkin nəticəsini verib.  Kök hüceyrələrindən istifadə edərək heyvanlar üzərində  ürək və qaraciyər hüceyrələrinin bərpası və nəqlini uğurla həyata keçirdə bilmişik”. 
 
Onun sözlərinə görə, bu hüceyrələr ürək və qaraciyər hüceyrələrini bərpa etmə qabiliyyətinə malikdir. “Əldə etdiyimiz analizlərin nəticəsi göstərir ki, bu müalicə üsulu ilə  insanların qaraciyər və ürək problemlərini müalicə etmək olar.  Araşdırmamız davam edir  və ümid edirik yaxın gələcəkdə  müsbət nəticələr əldə olunacaq”
 

Google+ WhatsApp ok.ru