İranlı zəvvar qruplarının İraqdakı müqəddəs ziyarətgahları ziyarət etməsi üçün razılıq əldə olunub

İranlı zəvvar qruplarının İraqdakı müqəddəs ziyarətgahları ziyarət etməsi üçün razılıq əldə olunub

Koronavirus pandemiyası səbəbindən 15 aydan sonra iranlı zəvvarlar   məhdud sayda və sağlamlıq protokollarına əməl edərək İraqda olan müqəddəs ziyarətgahları  ziyarət edə biləcək. 
 
Maide.Az “farsnews”a istinadla xəbər verir ki, bu barədə hazırda İraqda səfərdə olan İranın Xarici İşlər Nazirliyinin sözçüsü  Səid Xətibzadə deyib. 
“İraqın mədəniyyət naziri ilə görüşdə  Nəcəf, Kərbəla, Kazimeyn və Samirrada olan müqəddəs ziyarətgahlara səfərlərin başlanması məsələsini müzakirə etdik və qərara alındı ki, İrandan məhdud sayda zəvvar karvanları İraqa göndərilsin”. 
 
O qeyd edib ki, həmçinin İranlı zəvvarlar üçün Ərbəin günlərində İraqa 45 günlük vizasız gediş-gəliş etmək haqqında saziş dövlət tərəfindən təsdiqlənib və İraq hökuməti bu sahədə qanunu proseduru tamamlayarsa cari ildə Ərbəin günlərində iranlı zəvvarlar İraqdakı müqəddəs ziyarətgahları ziyarət etmək üçün bu ölkəyə  vizasız gediş-gəliş edə biləcək. 
 
 

Google+ WhatsApp ok.ru